...

Qəza Bakıda bir sıra metro stansiyalarının hərəkətinin dayanmasna səbəb olub

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Sentyabr 2007 10:59 (UTC +04:00)
Qəza Bakıda bir sıra metro stansiyalarının hərəkətinin dayanmasna səbəb olub

Azərbaycan, Bakı Trend , müxbir S.Əliyev/ Çərşənbə axşamı "Azərenerji" səhmdər cəmiyyətinin vitse-prezidenti Marlen Əsgərovun verdiyi məlumata görə, Bakının "8-ci kilometr" qəsəbəsində iki elektrikötürücü xəttinin qırılması nəticəsində "Neftçilər" metro stansiyasına elektrik enerjisinin verilməsi dayandırılıb.

Bakı metorpolitenindən verilən məlumata görə, məhz elə bu səbəbdən "Həzi Aslanov" stansiyasından "Neftçilər" stansiyasına qədər qatarların hərəkəti dayandırılıb.

"Azərenerji"dən bildiriblərki,, qəza elektrik xətləri altından keçən qaldırıcı kranın həmin xətlərə toxunması nəticəsində baş verib.

Hazırda təmir işləri aparılır, qatarların hərəkəti yaxın zamanlarda bərpa olunacaq. Təmirin yaxın zamanlarda bitəcəyi gözlənilir.

Xəbər lenti

Xəbər lenti