...

Alfa Bank-ın analitiki: OPEK üzvlərinin toplantısında neft hasilatı həcmlərinin artırılması ilə bağlı qərar qəbul edilməyəcək

Energetika Materials 11 Sentyabr 2007 22:20 (UTC +04:00)
Alfa Bank-ın analitiki: OPEK üzvlərinin toplantısında neft hasilatı həcmlərinin artırılması ilə bağlı qərar qəbul edilməyəcək

Azərbaycan, Bakı / Trend müx. A.Bədəlova/ OPEK üzvlərinin növbəti toplantısında neft hasilatı həcmlərinin artırılmasına dair qərar qəbul edilməyəcək. Bunu Alfa Bank-ın neft-qaz sahəsi üzrə analitiki Andrey Fyodorov deyib.

Vyanada neft ixracatçıları-ölkələrinin təşkilatının (OPEK) növbəti ənənəvi 145-ci sessiyası keçiriləcək. Toplantıda neft hasilatına dair kvotaların artırılmasının vacibliyi ilə bağlı məsələ müzakirə olunacaq. Avqustun əvvəllində Beynəlxalq Energetika Agentliyi (BEA) OPEK-i neft hasilatı həcmlərini artırmağa çağırıb.

OPEK ölkələrinə Əlcəzair, Anqola, Venesuela, İndoneziya, İraq, İran, Küveyt, Liviya, Nigeriya, Qətər, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanı aiddir.

Analitikin dediyinə görə, bu gün neft qiymətləri 60 dollar (bir barel üçün) səviyyəsində müəyyənləşib və bu, hamını razı salır, ilk növbədə də OPEK-ə üzv ölkələri.

"Əgər təklif birdən yüksəlməyə və emalçıların neft ehtiyatları artmağa başlasa, bu, şübhəsiz ki, qiymətlərin düşməsinə gətirib çıxaracaq. Lakin OPEK ölkələrinin heç bir bunda maraqlı deyil" - deyə analitik vurğulayıb.

10 sentyabra olan məlumata əsasən OPEK "səbəti"nin qiyməti 72,34 (+0,33) doll./barel təşkil edib. Göstərici avqustun 1-dən sonra ən yüksək nöqtəyə çatıb. O vaxt "səbət"in qiyməti 73,04 doll./barelə bərabər idi. OPEK "səbəti" üçün tarixi maksimum 73,67 doll./barel olub. Bu göstərici 20 iyul 2007-ci ildə qeydə alınıb.

Analitikin sözlərinə görə, həcmlərin artmasında OPEK-də iştirak etməyən ölkələr maraqlı ola bilər. Konkret olaraq Rusiya və Qazaxıstan kimi ölkələr. Rusiya daim olaraq hasilatın artmasına yönəlik strategiya barədə bəyanatlar verib.

"Neft ehtiyatları şübhəsiz ki, azalacaq. Lakin həcmlərin artırılması barədə qərar bir qədər gec qəbul oluna bilər, yəni kommersiya ehtiyatları xeyli azalanda" - deyə analitik əlavə edib.

Xəbər lenti

Xəbər lenti