...

ARDNŞ-ın yeni neft terminalı oktyabrın sonlarında istismara veriləcək

Energetika Materials 20 Sentyabr 2007 15:05 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir S.Əliyev, V.Şərifov/ Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə (ARDNŞ) məxsus Küləvi neft terminalının oktyabrın sonlarında istismara verilməsi gözlənilir. Bu barədə cümə axşamı ARDNŞ-ın yüksək vəzifəli nümayəndəsi məlumat verib.

Küləvidəki terminal 51 faiz iştirak payı ilə ARDNŞ-a məxsusdur.

Yükdaşımaya ARDNŞ-ın neft məhsulları ilə başlanılması güman olunur. Qazaxıstandan olan yük göndərənlərlə yükdaşımanın genişləndirilməsi məqsədilə danışıqlar aparılır. Bu il ərzində 1 mln. tondan çox yükün daşınması nəzərdə tutulub.

ARDNŞ bu il bu terminalın tikintisi üçün iri sindikatlaşdırma krediti əldə edib. Kreditin ümumi həcmi 301 mln. dollar təşkil edir. On beş xarici bankın kredit sindikatına "Societe Generale" rəhbərlik edib. Kreditin cariilki yüksək neft qiymətləri nəzərə alınmaqla 2009-cu ilə qədər qaytarılması planlaşdırılıb.

Hazırda terminalın daşınma gücü 10 mln. ton təşkil edir (2 mln. ton xam neft, 3 mln. ton dizel yanacağı, 4 mln. ton mazut). Terminalın ehtiyat anbarının ümumi həcmi 320 min kubmetrdir. Terminalın daşıma gücünün 15-20 mln. tona və ehtiyat anbarının həcminin 380 min kubmetrə qədər genişləndirilməsi planlaşdırılır.

"Terminal vasitəsilə (Küləvi) Azərbaycanın və digər ölkələrin neft və neft məhsulları daşınacaq"- deyə ARDNŞ numayəndəsi bildirib.

Xəbər lenti

Xəbər lenti