...

"Bakqaz" rəhbəri: "Bakının qazpaylayıcı şəbəkəsində itkilər beş dəfə azalıb" (video)

Energetika Materials 28 Sentyabr 2007 16:22 (UTC +04:00)
"Bakqaz" rəhbəri:  "Bakının qazpaylayıcı şəbəkəsində itkilər beş dəfə azalıb" (video)

Azərbaycan, Bakı / Trend , müxbir S.Əliyev/ İlk dəfə olaraq Bakı şəhərinin qazpaylayıcı şəbəkəsində qaz itkisi, demək olar ki, beş dəfə, 10 faizdən 2-2,5 faizə qədər aşağı düşüb. Bu barədə cümə günü mətbuat konfransında "Bakqaz" (Bakıda qaz sisteminin paylanmasını idarə edir) İB-nin rəhbəri Tahir Əliyev məlumat verib.

Qazın nəql edilməsi zamanı itkilərin azalmasına ötürücü infrastrukturun təkmilləşdirilməsi nəticəsində nail olunub.

Hər gün Bakıda 2,5 mln kub metrə yaxın qaz tədarük edilir.

İB-nin ən iri infrastruktur layihələrindən biri "2006-2007-ci illərdə Bakı ətrafı kəndlərin sosial-iqtisadi inkişafının sürətləndirilməsi üzrə Dövlət proqramı"nda göstərilən qaz təchizatıdır.

Ötən ilin avqustundan "Bakqaz" bu proqram çərçivəsində işə başlayıb. Bakı ətrafı kəndlərdə 110 qaz təsərrüfatı obyekti üzrə tədbirlərin reallaşdırılması nəzərdə tutulub.

Hazırda 79 qaz obyektinin tikintisi başa çatdırılıb (Artıq 55 obyekt işləyir, oktyabrın 5-nə qədər isə, daha 24 obyek fəaliyyətə başlayacaq). 31 obyekt üzrə bütün lazımi avadanlıqlar alınıb, podratçılar müəyyən olunub, işə başlanılıb və gələn ilin birinci mərhələsinin sonuna qədər başa çatdırılacaq.

Proqramın başa çatdırılması müddəti ilə bağlı bəzi yubanmalar işin əlavə həcmi və bəzi obyektlərin texniki parametrlərinin dəyişdirilməsi ilə izah olunur. İlk dəfə olaraq, "Bakqaz" polietilen boruların tətbiqinə başlayıb.

"Onlar daha uzunmüddətlidir və metal borulardan fərqli olaraq, daha çox təzyiqə (12 atmosfer) davam gətirir" - deyə Əliyev bildirib.

Polietilen boruların tətbiqi ilə əlaqədar olaraq, onların yerin altı ilə istismara verilməsi barədə qərar qəbul olunub. Bu, öncə nəzərədə tutulmamışdı.

Layihələrin 44-ü Dövlət büdcəsinin, 66-sı isə "Bakqaz" İB-nin hesabına reallaşdırılacaq.

Bu məqsədlə Dövlət büdcəsindən 27 mln. manat ayrılacaq. Əliev "Bakqaz" tərəfindən ayrılacaq vəsaitin miqdarını açıqlamayıb və qeyd edib ki, bu, İB-nin qaz təsərrüfatı fəaliyyətindən əldə olunan vəsaitdən ayrılacaq.

Xəbər lenti

Xəbər lenti