...

Azərbaycan Dövlət Neft Şirkəti elektrik stansiyasına 2 mlrd. kubmetrdən çox qaz ötürüb

Energetika Materials 5 Oktyabr 2007 17:58 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir S.Əliyev/ Azərbaycan Respublikası Dövlət Neft Şirkətindən verilən məlumata görə, sentyabr ayında ARDNŞ elektrik stansiyalarında elektrik enerjisi imtehsal etmək məqsədilə "Azərenenrji" səhmdar cəmiyyətinə 392,53 mln. kubmetr qaz ötürüb. Ümumilikdə bu il SC-yə 2 mlrd. 017,89 mln. kubmetr qaz ötürüb.

Aprel ayından Azərbaycanda dövlət orqanları arasında qaz əməliyyatları üzrə qarşılıqlı yoxlama sxemləri dəyişdirilib. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti hasil olunan qazı birbaşa olaraq "Azərenerji" SC-yə satır. Əvvəllər ARDNŞ bu əməliyyatı "Azəriqaz" vasitəsilə həyata keçirib. Neft şirkəti "Azəriqaz" səhmdar cəmiyyətinə qazın min kubmetrini 42 manata satıb və səhmdar cəmiyyəti bu yanacaqdan "Azərenrji"-yə elektrik enerjisi istehsal prosesində lazım olan yanacaq istehsal edib.

Xəbər lenti

Xəbər lenti