...

"KazMunayQaz"ın korporativ inkişaf üzrə idarəedici direktoru təyin olunub

Energetika Materials 8 Oktyabr 2007 12:50 (UTC +04:00)

Qazaxıstan, Astana / Trend müxbir K.Konırova/ "KazMunayQaz" milli neft-qaz şirkətində korporativ inkişaf üzrə idarəedici direktor vəzifəsinə Marat Mominbayev təyin olunub. Bu barədə bazar ertəsi "Samruk" holdinqin mətbuat xidimətinin yaydığı məlumatda bildirilir.

Bu təyinata qədər Mominbayev "Vertex" SC-nin Direktorlar Şurasının sədri olub.1996-cı ilin iyun ayından 1997-ci ilin iyununa qədər Mominbayev Qazaxıstan Respublikasının BMT-nin yanındakı daimi nümayəndəliyində attaşe qismində fəaliyyət göstərib.

Xəbər lenti

Xəbər lenti