...

Polşanın "PKN Orlean" şirkəti Azərbaycanda neft hasil etmək niyyətindədir

Energetika Materials 17 Oktyabr 2007 13:14 (UTC +04:00)
Polşanın "PKN Orlean" şirkəti Azərbaycanda neft hasil etmək niyyətindədir

Polşa, Varşava / Trend müxbir S.Ağayeva/ Polşanın "PKN Orlean" şirkəti Azərbaycan neftinin hasilatında iştirak etmək niyyətindədir və bununla əlaqədar olaraq Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə danışıqlar aparılır, bu barədə çərşənbə günü "Orlen"in idarə heyətinin sədr müavini Sezariy Stanislav Filipoviç məlumat verib.

Neft-qaz sahəsində mümkün əməkdaşlığın əsas istiqamətləri noyabrın əvvəlində Bakıda iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın iclasında ətrafılı müzakirə olunacaq.

Onun sözlərinə görə, "PKN Orlen" "Odessa-Brodı" kəmərinin Plotska qədər çəkilməsi layihəsi çərçivəsində Azərbaycanla əməkdaşlıq etməyi planlışdırır. Kəmərin qalan hissəsinin tikintisi üzrə TİƏ-nin işlənib hazırlanmasına hazırlıqla bağlı müqavilə oktyabr ayında beş dövlətin, Azərbaycan, Ukrayna, Gürcüstan, Litva və Polşanın dövlət başçılarının Vilnüsdə keçirilən zirvə görüşündə prezidentlər tərəfindən imzalanıb.

"Ola bilsin ki, Kiyevdə keçiriləcək növbəti zirvə görüşündə yekun qərar qəbul olunacaq və Polşa Azərbaycan neftinin əldə edən ölkələrdən birinə çevriləcək" - deyə qeyd edib.

İdarə heyətinin sədrinin verdiyi məlumata görə, hazırda "Orlen" şirkətinin Polşada yerləşən neft emalı zavodu az həcmdə "Azeri Light" markalı neft emal edir. "Bizim zavod müxtəli markalı digər Azərbaycan nefti də emal etmək gücünə malikdir" - deyə Filipoviç qeyd edib.

"Orlen" Polşa, Litva və Çexiyada yeddi neft emalı zavoduna malikdir. Şirkət Çexiyada 300-dən çox, Almaniyada 470, Litvada isə 27 yanacaq doldurma məntəqəsinə malikdir. "2009-cu ildə şirkət Azərbaycanda da yanacaq doldurma məntəqələrinin tikintisini planlaşdırır" - deyə Filipoviç əlavə edib.

"Azərbaycan dünyanın energetika sektorunda böyük rola malikdir və "Orlen" Azərbaycanla sıx əməkdaqşlıq etmək niyyətindədir" - deyə o bildirib.

Azərbaycanda 57 neft-qaz yatağı mövcuddur ki, bu yataqların 18-i dənizdə, qalanları isə quruda yerləşir. ARDNŞ-ın işçi heyətinin sayı 59170 nəfər təşkil edir.

Xəbər lenti

Xəbər lenti