...

Nazirin müavini: Polşa aqrar sektorda Azərbaycanla əməkdaşlığı inkişaf etdirməyi təklif edir

Energetika Materials 18 Oktyabr 2007 14:13 (UTC +04:00)
Nazirin müavini: Polşa aqrar sektorda Azərbaycanla əməkdaşlığı inkişaf etdirməyi təklif edir

Polşa, Varşava / Trend müxbir S.Ağaeva/ Azərbaycan və Polşa arasında ticarət dövriyyəsinin əsas hissəsini kənd təsərrüfatı məhsulları təşkil etməlidir. Ölkələr bu sahədə əməkdaşılıq üçün geniş imkanlara malikdirlər. Bu barədə cümə axşamı Varşavada jurnalistlərə Polşanın kənd təsərrüufatı nazirinin müavini Marek Xrapek məlumat verib.

Onun sözlərinə görə, Polşa şirkətləri Azərbaycana ixrac olunan kənd təsərrüfatı məhsullarının həcmini artırmağa hazırdır.

"Biz Azərbaycana geniş həcmdə ət, süd, qənnadı məhsulları və içkilər ixrac edə bilərik" - deyə Xrapek bildirib.

Xrapekin sözlərinə görə, 2007-ci ilin 7 ayı ərzində Azərbaycan və Polşa arasında ticarət dövriyyəsinin həcmi azalıb, Polşanın ixracı 3,9 mln. avro, idxalı isə 600 min avro təşkil edib. 2006-cı ilin ticarət dövriyyəsinin statistik göstəricisi 80 mln. avro təşkil edib. Ticarət dövriyyəsinin səviyyəsinin kəskin şəkildə aşağı düşməsini nazirin müavini Azərbaycanın Polşa şəkəririnin idxalından imtina etməsi ilə izah edib.

"Azərbaycan digər ölkələrlərdən şəkərin daha ucuz qiymətlərlə ixracını həyata keçirir və mən bu məhsulun keyfiyyətinə şübhə ilə yanaşıram" - deyə o bildirib.

Polşa hökuməti aqrar sektorda əməkdaşlığın genişləndirilməsi məqsədilə yeni təkliflər işləyib hazırlayıb və təklifləri Azərbaycan hökumətinə təqdim etmək niyyətindədir. Təkliflər meliorasiya, Azərbaycan qanunvericiliyinin fitosanitariya və baytarlıq üzrə Avropa standartlarına uyğunlaşdırılması məsələlərinə aiddir.

Nazirin müavinin verdiyi məlumata görə, təkliflər noyabrın 7-8-də hökumətlərarası komissiyanın Bakıda keçiriləcək ikinci iclası zamanı təqdim olunacaq.

Xəbər lenti

Xəbər lenti