...

Ekspertlər neftin yüksək qiymətinin dünya iqtisadiyyatı üçün təhlükə yaratmayacağını bildirirlər

Energetika Materials 22 Oktyabr 2007 14:59 (UTC +04:00)
Ekspertlər neftin yüksək qiymətinin dünya iqtisadiyyatı üçün təhlükə yaratmayacağını bildirirlər

Azərbaycan, Bakı / Trend müxbir A.Bədəlova/ "Alfa Bank"ın neft-qaz üzrə analitiki Konstantin Batunin hesab edir ki, neftin hazırki yüksək qiymətləri dünya iqtisadiyyatına zərər vurmayacaq. Bankın proqnozlarına görə, müvəqqəti olaraq neftin orta qiyməti bir barrel üçün 85 barrel təşkil edəcək.

"Elə bir hədd mövcuddur ki, bu həddən yuxarı dünya iqtisadiyyatına təhlükə yaranır, lakin ABŞ-ın və digər ölkələrin makroiqtisadi göstəriciləri göstərir ki, dünya iqtisadiyyatı neftin qiymətinin qaxlmasının qarşısını almağa qadirdir" - deyə analitik bildirib.

Neftin qiyməti öz rekord səviyyəsinə, bir barrel üçün 89 dollara çatıb. Nyu-Yorkun NYMEX birjasında neftin qiyməti bir barrel üçün 89,47 dollara qədər yüksəlib, Londonun İCE qitələrarası birjasında neftin "Brent" markasının qiyməti 84,6 dollara çatıb. Neftin qiymətinin qalxması Türkiyə-İrak münasibətlərinin gərginləşməsi, həmçinin dolların sürətli infilyasiyası ilə izah olunur.

"Neftin bir barrelinin qiyməti gec-tez 100, hətta 200 dollara çatacaq. Əsas məsələ neftin qiymətində bu kəskin artımın nə zaman baş verməsidir" - deyə Batunin bildirib. Analitikin fikrincə ilin sonuna qədər neftin qiymətinin qeyd olunan həddə qədər artacağı gözlənilmir. Eyni zamanda analitik qiymətlərin müvəqqəti olaraq kəskin şəkildə artmasını da istisna etmir.

"ATON Broker"in analitiki Artem Konçinin sözlərinə görə, əlverişli şəraitin olmadığı təqdirdə neftin qiyməti enəcək. "Neft qiyməti yüksək olaraq qalacaq. Lakin neftin bir barrellin 100 dollara çatması isə heç bir zaman baş verməyəcək" - deyə analitik hesab edir.

"Hazırda dünyada iki tendensiya mövcuddur: neftin qiymətinin artması və sürətlə artan infilyasiya. Neftin qiymətinin artması müxtəlif səbəblərlə izah olunur: Nigeriyada baş verən tətillər, Boliviyadakı narahatlıq, Türkiyəvə İrak arasında münasibətlərin gərginləşməsi. Lakin neftin qiymətinin artmasının əsas səbəbkarı həmişə ABŞ olub" - deyə "Kommersant" qəzetinin baş redaktor müaviri, politoloq Azər Mürsəliyev hesab edir.

Mürsəliyevin fikrincə, hazırki vəziyyətdə neftin qiymətinin 100 dollara qədər artması tamamilə real görünür.

Xəbər lenti

Xəbər lenti