...

ARDNŞ bu il neft layihələrindən əldə olunan gəlirlərin artdığını təsdiq edir

Energetika Materials 16 Noyabr 2007 15:13 (UTC +04:00)
ARDNŞ bu il neft layihələrindən əldə olunan gəlirlərin artdığını təsdiq edir

Azərbaycan, Bakı / Trend müxbir S.Əliyev/ Bu il Azərbaycanın həyata keçirilən neft layihələrindən əldə olunan gəlirləri ilin əvvəlində proqnozlaşdırılandan artıq olacaq. Bu barədə Azərbaycan Dövlət Neft Şirkətindən (ARDNŞ) məlumat verilib. Lakin ARDNŞ-dan bildiriblər ki, bu il əldə olunan vəsaitin son göstəricisi ilin yekununda müəyyən olunacaq.

"BP Azerbaijan" şirkəti nümayəndələrinin öncə qeyd etdiyinə görə, ilin əvvəlində proqnozlaşdırılan 3,5 mlrd. dollra nisbətdə bu il Azərbaycan 4,7 mlrd. dollar əldə edəcək. ARDNŞ nümayəndələri gəlir artımını təsdiq edirlər, lakin son rəqəm yalnız ilin yekunu üzrə müəyyən olunacaq.

Ölkənin enerji sektorunun vəziyyəti və qışa hazırlıq məsələlərinə həsr olunan müşavirədə çıxışı zamanı Azərbaycan prezidenti İlham Əliyev bildirib ki, ARDNŞ uzun illərdir xarici şirkətlərlə işləyir və üzərinə düşən vəzifələri yerinə yetirir.

"Hələ elə bir hal olmayıb ki, ARDNŞ üzərinə düşən vəzifələri yerinə yetirməsin və ya müqavilənin şərtlərini pozsun. Biz çox etibarlı tərəfdaşıq və hesab edirik ki, məhz Dövlət Neft Şirkətinin bu cür fəaliyyəti Azərbaycanda çox yaxşı investisiya mühitinin yaranmasında böyük rol oynayıb" - deyə prezident bildirib.

Onun sözlərinə görə, Azərbaycan haqlı olaraq xarici tərəfdaşlarından bütün müqavilələrdə qeyd olunan şərtlərə riayət etmələrini tələb edir. "Müqavilənin şərtlərinə dəyişiklik etmək mümkünsüzdür. Müqavilələr - qanundur və onlarda əks olunan bütün məsələlər öz həllini tapmalıdır" - deyə prezident Əliyev vurğulayıb.

O, ARDNŞ və xarici tərəfdaşlar arasında 10 il və daha uzun müddət ərzində işgüzar və qarşılıqlı inam əsasında qurulan əlaqələrin davam etdiriləcəyinə əminliyini ifadə edib.

Dövlət başçısı bildirib ki, hər iki tərəf üzərinə düşən öhdəliklərə əməl edəcək və vaxtlı-vaxtında onlara həvalə olunan vəzifələri yerinə yetirəcək.

Xəbər lenti

Xəbər lenti