...

Qazaxıstan üçün investisiya mühitinin dəyişməz olaraq saxlanılması vacibdir – səfir

Energetika Materials 11 Dekabr 2007 12:27 (UTC +04:00)
Qazaxıstan üçün investisiya mühitinin dəyişməz olaraq saxlanılması vacibdir – səfir

Qazaxıstan, Astana / Trend müxbir K.Konırova/ "Qazaxıstanın dostu mövqeyindən çıxış edərək biz hesab edirik ki, bu ölkənin investisiya mühitinin dəyişməz olaraq saxlanılması vacibdir" - deyə Trend ın müxbirinin sualına cavab verən Niderland Krallığının Qazaxıstan, Qırğızıstan və Tacikistandakı fövqəladə və səlahiyyətli səfiri Klaas van der Tempel bildirib.

Onun sözlərinə görə, bu gün yalnız Qazaxıstanda deyil, dünyanın digər ölkələrində gələcəyin iri investorlarından biri olan Niderland həmçinin öz ölkəsinə də investisiyalar cəlb etməyə çalışır.

"İnvestisiyaların cəlb edilməsi üçün müxtəlif üsullar mövcuddur, bu müxtəlif vergi güzəştləridir. Lakin biz tədqiqatlar aparmışıq. Buna müvafiq olaraq müxtəlif ekspertlər hesab edirlər ki, investisiyaların Niderlanda cəlb edilməsi üçün əsas investisiya mühitinin dəyişilməzliyidir. İnvestor üçün bu çox vacibdir. Bunun qorunub saxlanılması həmçinin qanunların müntəzəm olaraq deyil, hər hansı bir dövr ərzində baş verməsini nəzərdə tutur" - deyə diplomat bildirib.

Onun rəyinə görə, qanunların tez-tez tətbiqi həmçinin investisiya mühiti üçün son dərəcə təhlükəlidir.

"Qazaxıstan üçün investisiya mühitinin dəyişilməzlik amilinin saxlanılması mühümdür. Bu şübhəsiz Kaşaqan üzrə vəziyyətə də aiddir" - deyə o əlavə edib.

Niderland Krallığı ABŞ, Böyük Britaniya və Çin ilə yanaşı Qazaxıstanda iri investorlardan biridir. Səfirliyin məlumatına görə, 2006-ci il ərzində bu ölkə tərəfindən Qazaxıstan iqtisadiyyatına yatırılan investisiyaların həcmi 2,9 mlrd. dollar təşkil edib.

Ən çox yatırım respublikanın neft-qaz sektorunda müşahidə olunur. Məlum olduğu kimi, Danimarka-Hollandiya şirkəti olan "Shell" dünyanın iri yataqlarından olan Kaşaqanıın mənimsənilməsi layihəsində "Agip KCO" konsorsiumunun iri iştirakçı-səhmdarlarından biridir.

Xəbər lenti

Xəbər lenti