...

Azərbaycan və İtaliya qaz sektorunda əməkdaşlıq haqqında müqavilə imzalayıblar

Energetika Materials 12 Dekabr 2007 18:00 (UTC +04:00)
Azərbaycan və İtaliya qaz sektorunda əməkdaşlıq haqqında müqavilə imzalayıblar

Azərbaycan, Bakı/ Trend müxbir İ.Xəlilova/ Çərşənbə günü Bakıda Azərbaycan İqtisadi İnkişaf Nazirliyi və İtaliya arasında qaz sektorunda əməkdaşlıq haqqında müqavilə imzalanıb. İtaliyalı nazir Pyer Luici Bersaninin sözlərinə görə, İtaliya təbii qazın ən böyük istehlakçısıdır. "Azərbaycanla əməkdaşlığın genişləndirilməsi qazın İtaliyaya ixrac edilməsi imkanını genişləndirəcək"-nazir bildirib. Bersani bildirib ki, protokola əsasən , Azərbaycan qazı Türkiyə və Yunanıstan vasitəsilə, Türkiyə-Yunanıstan-İtaliya dəhlizi çərçivəsində, İtaliyaya nəql olunacaq. İtaliyalı nazirin sözlərinə görə, 2012-ci ilədək Azərbaycandan Avropaya 8 mlrd. kubmetr qaz ixrac ediləcək. Azərbaycanın iqtisadi inkişaf naziri Heydər Babayev İtaliya ilə protokolun imzalanmasının vacibliyini qeyd edib. "Biz bu istiqamətdə İtaliya ilə əməkdaşlıq etməyə şadıq. Bu, Avropa üçün enerji daşıyıcılarının alternativ mənbəyinin yaradılmasından danışır" -azərbaycanlı nazir bildirib.

Xəbər lenti

Xəbər lenti