...

Azərbaycanın iki elektrik şəbəkəsinin idarəçiliyə verilməsi üçün tender sənədləri hazırlanıb

Energetika Materials 13 Dekabr 2007 17:18 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , mücbir İ.Xəlilova / Azərbaycanın Mühəndis -Konsaltinq şirkəti AzSpecPromInvest (ASPI), Azərbaycanın Dövlət Mülkiyyətinin İdarə Olunması üzrə Dövlət Komitəsinə Sumqayıt və Şəki elektrik şəbəkələrinin idarəçiliyə verilməsi üzrə tenderə hazırlıq çərçivəsində, sənədlər paketini təqdim edib. Bu barədə şirkətdən məlumat verilib.

Tender sənədləşməsi ilə yanaşı, elektrik şəbəkələrinin modernləşdirilməsində investisiya proqramı, tenderdə investorların iştirak üçün dəvətnamə, informasiya memorandumu, texniki-iqtisadi əsaslandırma, kiçik tədarükçülərlə müqavilə, investor və hökumət arasında idarəçiliyə verilməyə dair müqavilə də hazırlanıb.

İnvestisiya proqramında sayğacların, transformatorların, elektrik stansiyalarının dəyişdirlməsi üzrə tədbirlər, 110-dan 10-35 kV-a qədər aşağı voltluq elektrik ötürücü xəttlərə keçid, optimal dispeçer sistemi ilə SKADA sistemi və avtomatlaşdırılmış abunəçi xidmətlərinin tətbiq edilməsi qeyd olunub.

Məsləhətçinin təklifi ilə elektrik şəbəkələri idarəçiliyə 25 il müddətinə veriləcək.

Sumqayıt elektrik şəbəkəsi artıq 2002-ci ildə Barmek türk şirkətinin idarəçiliyinə verilib və nəzərdə tutulan öhdəliklər yerinə yetirilmədiyindən, ötən il müqavilə pozulub.

Xəbər lenti

Xəbər lenti