...

Azərbaycan və Almaniya energetika sektorunda memorandum imzalayacaq - səfir

Energetika Materials 18 Dekabr 2007 19:13 (UTC +04:00)
Azərbaycan və Almaniya energetika sektorunda memorandum imzalayacaq - səfir

Azərbaycan, Bakı/ Trend , müxbir A.Bədəlova/ Azərbaycan və Almaniya arasında energetika sektorunda qarşılıqlı anlaşma haqqında memorandumun 2008-ci ilin sonunadək imzalanacağı gözlənilir. Bu barədə Almaniyanın Azərbaycandakı səfiri Per Stankin məlumat verib. O, memorandumun imzalanacağı dəqiq tarixi bildirməyib. Onun sözlərinə görə, Azərbaycan və Almaniya artıq bu məsələ üzrə danışıqlara başlayıblar. "Azərbaycan və Almaniya arasında dialoq başlayıb. Dialoqun nəticəsi ölkələr arasında energetika sektorunda memorandumun imzalanması olacaq. Memorandumun imzalanması çox vaxt tələb edir. Bu, cari ilin məsələsidir"-o bildirib. Səfirin sözlərinə görə, bu məsələ üzrə ölkələrin nümayəndələrinin görüşləri 2008-ci ilin yanvarında baş tutmalıdır. Ötən il Azərbaycan Avropa İttifaqı ilə qarşılıqlı anlaşma haqqında memorandum imzalayıb. Bu memorandum Avropanın enerji təhlükəsizliyi təminatının möhkəmlənməsi və Avropa İttifaqı ilə Azərbaycan arasında energetika tərəfdaşlığının yaradılmasına xidmət edir.

Xəbər lenti

Xəbər lenti