...

ARDNŞ Xəzərdə yeni qaz kəməri istismara verib

Energetika Materials 27 Dekabr 2007 13:01 (UTC +04:00)
ARDNŞ Xəzərdə yeni qaz kəməri istismara verib

Azərbaycan, Bakı / Trend , müxbir S.Əliyev/ Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) 66,6 kilometr uzunluğunda yeni sualtı qaz kəmərini istismara verib. Bu barədə ARDNŞ-ın məlumatında bildirilir. Kəmər "Neft Daşları" və "Bahar" yataqları arasında çəkilib.

Yeni 500 millimetrlik boru kəməri ilə sahilə sutkada "Günəşli" yatağının dayaz hissəsindən ARDNŞ-ın müstəqil olaraq hasil etdiyi 8 mln. kubmetrə yaxın qaz çatdırılacaq.

Tikintidə baş podratçı qismində ARDNŞ-ın "Neftqaztikinti" tresti, subpodratçı kimi Amerikanın "McDermott" şirkəti çıxış edib. Boru kəməri ARDNŞ-ın şəxsi qaz hasilatının artırılması proqramı çərçivəsində boru kəməri çəkən "İsrafil Hüseynov" gəmisi vasitəsilə çəkilib. 2008-ci ildə ARDNŞ-ın şəxsi qaz hasilatı 8 mlrd. kubmetr təşkil etməlidir.

Xəbər lenti

Xəbər lenti