...

Azərbaycan Dövlət Neft Şirkəti dəniz yatağında quyunun qazımasını başa çatdırıb

Energetika Materials 17 Yanvar 2008 21:00 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 yanvar/ Trend , müxbir S.Əliyev/ "Qərbi Abşeron" yatağının cənub hissəsində Azərbaycan Dövlət Neft Şirkəti tərəfindən növbəti kəşfiyyat quyusunun qazılması başa çatdırılıb. Bu barədə cümə axşamı ARDNŞ-dən məlumat veriblər. Quyunun dərinliyi 700 m - dir.

Quyuda məlumatların öyrənilməsi üzrə işlər aparılır. Nəticədən asılı olaraq, bu sahədə sonrakı quyuların qazılması haqqında qərar qəbul ediləcək. "Yəqin ki, qazma davam etdiriləcək-ARDNŞ-dən qeyd ediblər. Qazma "Abşeron" qazma qurğusundan həyata keçirilir.

Azərbaycan Dövlət Neft Şirkəti yatağın bu hissəsinin inkişaf proqramını həyata keçirmək niyyətindədir. İlk platforma qazılmış, lakin konservləşdirilən üç quyunun qoşulması üçün qurulacaq. Bu quyuların təxmini debiti sutkada 250 min kubmetr qaz təşkil edəcək. Bu yeni hasilat metoduna-qazlift metoduna keçməyə, həmçinin, məişət ehtiyacları üçün qaz verməyə şərait yaradacaq.

Yatağın ehtiyatlarının qiymətləndirilməsi onun ehtiyatlarının 10 mln. tondan çox olduğunu göstərib.

Xəbər lenti

Xəbər lenti