Azərbaycan, Bakı, 21 yanvar / Trend / Azərbaycan Dövlət Neft Şirkətinin Xəzər Dəniz Neft Donanması (XDND) keçirdiyi auditdən sonra ISO 9001-2000 (menecment keyfiyyət sistemi) və ISO 14001-2004 (ekologiya keyfiyyəti sistemi) sertifikatlarını alıb. Dövlət Neft Şirkəti sertifikatların "Russki registr" şirkəti tərəfindən verildiyini bildirib.
XDND gələcək mərhələdə OHSAS 18001-2007 - əmək müdafiəsinin menecmenti və peşəkar təhlükəsizlik üzrə beynəlxalq idarəetmə sertifikatı almaq niyyətindədir.
2006-cı ilin üçüncü rübündən, donanmanın İSO beynəlxalq standartlarına keçidi başlayıb. Sertifikatların alınması üzrə hazırlıq işləri, lazımi sənədlərin hazırlanması və digər tədbirlər üçün Rusiyanın "Registr-Konsaltinq" QSC ilə müqavilə imzalanıb. Müqaviləyə əsasən, işlər üç mərhələdə aparılır.