...

Azərbaycan Dövlət Neft Şirkətinin əsas neftqazçıxarma idarəsi neftin hasilatını azaldıb

Energetika Materials 21 Yanvar 2008 18:21 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 yanvar / Trend / Azərbaycan Dövlət Neft Şirkəti bildirib ki, Neft Şirkətinin əsas neft-qazçıxarma idarəsi 2007-ci ildə quruda və dəniz yataqlarından təxminən 7,6 mln. ton neft hasil edib. Bu göstərici 2006-cı ilin göstəricisindən 2,1 faiz azdır. "Azneft" İstehsalat Birliynin tərkibində olan müəssisə dekabrda cəmi 620 min ton neft hasil edib.

Ən çox neft hasiatı "Günəşli" yatağında iş aparan "28 May" NQÇİ-nin payına düşür (ARDNŞ-nin neft- qaz hasilatı həcminin əsas hissəsi ona aidir) - 5,3 mln. ton neft. Bu göstərici 2006-cı ilə nisbətən 3,4 faiz aşağıdır.

ARDNŞ-nin neft-qazçıxarma idarəsinin 2007-ci ildə neft hasilatının ümumi cədvəli (tonla):

Neft-qazçıxarma idarəsi (NQÇİ) Dekabr 2007-ci il 2006-ci ilə nisbətən faizlə
28 may 452038.311 5334553.012 96,6
Neft Daşları 74640.000 942288.000 104,9
Nərimanov adına 32880.000 460680.000 100,6
Balaxanıneft 17111.000 217771.000 99,3
Qum Adası 3570.000 133904.000 95,7
Abşeronneft 12285.000 162755.000 95,8
Bibi-Heybətneft 9769.000 131499.000 92,9
A. Əmirova 6932.000 81472.000 100,6
H.Z.Tağıyev adına 4306.000 62284.000 87,1
Siyəzənneft 4274.000 50140.000 110,2
Muradxanlı 2500.000 29400.000 112,9
NQÇİ İB üzrə cəmi"Azneft": 620305.311 7606746.012 97,9
Xəbər lenti

Xəbər lenti