Azərbaycan, Bakı / Trend , müxbir A. Bədəlova/ 4-8 fevral həftəsində Azərbaycanın Gürcüstanın Supsa və Batumi limanlarından satdığı AZERI LT (CIF) neftinin otra qiyməti $90,82/barel təşkil edib, bu da ötən həftənin orta qiymətindən $1,91/barel azdır.
4-8 fevral həftəsindəAZERI LT neftinin maksimal qiyməti $92,29/barel, minimal qiyməti isə, $89,36/barel təşkil edib. Azeri Light neftinin APİ üzrə sıxlığı 34,6 dərəcə təşkil edir, tərkibindəki kükürdün miqdarı - 0,14 faizdir.
4-8 fevral həftəsində Azərbaycanın Novorossiyk limanından satdığı URAL (EX-NOVO) neftinin orta qiyməti $84,64/barel təşkil edib, bu da ötən həftənin orta qiymətindən $3,06/barel azdır.
4-8 fevral həftəsində URALS neftinin maksimal qiyməti $86,39/barel, minimal qiymət isə $82,72/barel təşkil edib.
URAL neftinin sıxlığı APİ üzrə 32 dərəcə təşkil edir, tərkibindəki kükürdün miqdarı - 1,3 faizdir. Lakin satış zamanı bu neft növünün spesifikasiyası müxtəlif vaxtlarda tərkibində daha çox (daha az) dominantlıq edən keyfiyyətli neft növlərindən asılı olaraq dəyişir.
4-8 fevral həftəsindəBrent Dated neftinin orta qiyməti $89,81/barel təşkil edib, ki, bu da ötən həftənin orta qiymətindən $2,09/barel azdır. Maksimal qiyməti $91,25/barel, minimal qiymət isə $88,28/barel təşkil edib.
Brent Dated neftinin sıxlığı APİ üzrə 38,3 dərəcə təşkil edir, tərkibindəki kükürdün miqdarı - 0,36 faizdir.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]