...

Gürcüstan Azərbaycan qazının tədarükü ilə bağlı razılıq əldə edib, qiymət dəqiqləşdirilir – nazir

Energetika Materials 15 Fevral 2008 14:34 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 15 fevral / Trend , müxbir N.Kirtssxalia/ Azərbaycandan Gürcüstana qaz tədarükü ilə bağlı problem olmayıb və olmayacaq. Bu barədə Tbilisidə Trend ın xüsusi müxbirinə Gürcüstanın energetika naziri Aleksandr Xetaquri bildirib.

O, Bakıda iki günlük səfərdə olub və Azərbaycanın Sənaye və Energetika Nazirliyinin rəhbəri Natiq Əliyevlə ARDNŞ-ın şəxsi vəsaiti hesabına hasil etdiyi qazın tədarükü üzrə danışıqlar aparıb. 1000 kub metri 180-190 dollar təşkil edə biləcək qazın qiymət məsələsi müzakirə olunub.

"Tadarük olunacaq qazın qiyməti müəyyən olunmayıb, bu, hələ də danışıqlar predmeti olaraq qalır. Danışıqlar marta qədər başa çatdırıla bilər" - deyə Xetaquri bildirib.

"Söhbət uzunmüddətli müqavilədən gedir və tələsmək yersizdir" - deyə o əlavə edib.

Xəbər lenti

Xəbər lenti