...

Dəm qazından zəhərlənmə hallarına görə məsuliyyət tam olaraq abunəçilərin üzərinə düşür - "Azəriqaz"ın rəhbəri

Energetika Materials 26 Fevral 2008 15:13 (UTC +04:00)
Dəm qazından zəhərlənmə hallarına görə məsuliyyət tam olaraq abunəçilərin üzərinə düşür - "Azəriqaz"ın rəhbəri

Azərbaycan, Bakı, 26 fevral / " , müxbir S.Əliyev/ Dəm qazından zəhərlənmə hallarına görə məsuliyyət tam olaraq abunəçilərin üzərinə düşür. Bu barədə çərşənbə axşamı "Azəriqaz" Qapalı Səhmdar Cəmiyyətinin rəhbəri Əlixan Məlikov bildirib.

"Azəriqaz" abunəçilərin qaz cihazlarından istifadəsinin standartlara uyğunsuzluğunun müəyyən edilməsi və onlara qaz verilişinin dayandırılması barədə əməkdaşlarına göstəriş verib. "Lakin bu prosesdə çətinlik var. QSC əməkdaşlarına abunəçiəlrin evlərini yoxlamaq həmişə nəsib olmur" - deyə Məlikov vurğulayıb.

Yanvar ayında Azərbaycanda qaz ilə əlaqədar 40 hadisə (Bu 2007-ci il ərzində analoji hadisələrin ümumi sayının demək olarn ki, üçdə birini təşkil edir) qeydə alınıb. Cari ilin yanvarında baş verən bu hadisələr nəticəsində 16 nəfər ölüb, 449 nəfər isə müxtəlif xəsarətlər alıb.

"Azəriqaz" nümayəndələrinin sözlərinə görə, hadisələrin baş verməsinə qaz cihazlarının düzgün istifadə olunmaması və evlərdə ventilyasiya sistemi ilə bağlı problemlər səbəb olub. Azərbaycanın Sənaye və Enenrgetika Nazirliyi tərəfindən təsdiq olunan qazdan istifadə qaydalarında bildirildiyinə görə, yaşayış evlərinin ventilyasiya sistemi daima yoxlanılmalıdır. Yaşayış evlərinin ventilyasiya sistemləri daima işləməlidir.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan : capital

Xəbər lenti

Xəbər lenti