...

Bolqarıstan prezidenti martda Azərbaycana səfər edəcək

Energetika Materials 4 Mart 2008 13:27 (UTC +04:00)
Bolqarıstan prezidenti martda Azərbaycana səfər edəcək

Azərbaycan, Bakı, 04 mart / Trend , müxbir K.Ramazanova/ Bolqarıstan prezidenti Georgi Pırvanov martın 10-11-də Azərbaycana səfər edəcək. Bu barədə jurnalistlərə Bolqarıstanın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri İvan Palçev məlumat verib.

"Bu, üç il yarım müddət ərzində prezidentlərin üçüncü görüşüdür" - deyə səfir bildirib.

Onun sözlərinə görə, Azərbaycan bütün sahələrdə, xüsusilə də energetika sahəsində uğurla inkişaf edir. O, Azərbaycanı "Gənc energetika pələngi adlandırıb".

Bolqarıstan Azərbaycanın "Nabukko" qaz kəmərinin tikintisi üzrə layihədə iştirak edəcəyindən məmnundur. Səfir Qazaxıstan və Türkmənistanın da Xəzər qazının Avropaya nəqli üzrə layihəyə qoşulacağına əmin olduğunu bildirib.

Bolqarıstan "Nabukko" layihəsində 16,67 faiz iştirak payı ilə "Bulgargaz EAD" vasitəsilə iştirak edir.

Xəbər lenti

Xəbər lenti