...

ABŞ Azərbaycandan neft idxalını iki dəfə artırıb

Energetika Materials 5 Mart 2008 16:03 (UTC +04:00)

Azərbaycan, Bakı, 05 mart / Trend / Azərbaycandan ABŞ-a neft ixracı 2006-cı ilin 9,744 mln. barelinə qarşı 2007-ci ildə 20,643 mln. barel təşkil edib. Bu haqda ABŞ-ın Energetika Nazirliyinin tərkibinə daxil olan Energetika İnformasiya İdarəsinin məlumatında bildirilib.

Neft ixracı 2007-ci ilin dekabr ayında - 2,1mln. barel, noyabrda - 2,317 mln. barel, oktyabrda - 1,087 mln. barel, sentyabrda - 1,766 mln. barel, avqustda - 1,034 mln. barel, iyulda - 2,101 mln. barel, iyunda - 1,736 mln. barel, mayda - 2,055 mln. barel, apreldə - 1,728 mln. barel, martda - 17 min barel, yanvarda isə -2,677 mln. barel təşkil edib.

Nəql edilən Azərbaycan neftinin əsas marşrutu Bakı-Tbilisi-Ceyhan boru kəməri vasitəsilə Ceyhan türk limanından keçir.

Azərbaycan yüngül neft nəqlini də Bakı-Supsa boru kəməri vasitəsilə həyata keçirir. Hazırda bu boru kəməri təmirdədir.

Neft nəqli eləcə də, Bakıdan dəmiryolu vasitəsilə Gürcüstanın Qara dənizdəki Batumi limanından və Bakı-Novorossiysk boru kəməri vasitəsilə Novorossiysk limanından ixrac olunur.

Xəbər lenti

Xəbər lenti