...

Yuliya Timoşenko Bakıda "Ağ axın" qaz layihəsinin reallaşdırılması məsələsini müzakirə edəcək

Energetika Materials 6 Mart 2008 13:58 (UTC +04:00)
Yuliya Timoşenko Bakıda "Ağ axın" qaz layihəsinin reallaşdırılması məsələsini müzakirə edəcək

Azərbaycan, Bakı, 06 mart / Trend , müxbir K.Ramazanova / Ukraynanın Baş naziri Yuliya Timoşenko Bakıda "Ağ axın" (White Stream) qaz kəməri layihəsi çərçivəsində energetika əməkdaşlığı məsələlərini müzakirə etmək niyyətindədir. Bu məqsədlə mart ayının sonu Ukrayna hökumətinin başçısı Bakıya səfər edəcək. Bu haqda cümə axşamı Bakıda səfərdə olan Ukraynanın Ali Radasının deputatı Andrey Şkil məlumat verib.

"Ağ axın" layihəsi fevral ayında Brüsselə səfəri zamanı Timoşenko tərəfindən təklif olunub. Layihə Türkmənistan qazının Azərbaycandan keçərək Gürcüstanın Supsa limanına, ordan da Qara dənizin dibilə Krımdan Avropa İttifaqı ölkələri istiqamətində nəqli üçün qaz kəmərinin tikintisini nəzərdə tutur.

Fevral ayında Şərq-Qərb dəhlizinin cənub qaz nəqliyyatı layihələri üzrə Avropa Komissiyasının koordinatorunun köməkçisi Brendan Devlin bildirib ki, Aİ "Ağ axın" layihəsilə maraqlanır və qaz təchizatının Avropa İttifaqına diversifikasiyasına imkan yaradacaq. Onun sözlərinə görə, layihənin texniki maliyyələşdirilməsi vahid transavropa energetika şəbəkəsinin yaradılması üzrə layihələrin realizəsi ilə bağlı maliyyə əlatləri vasitəsilə həyata keçirilə bilər.

Xəbər lenti

Xəbər lenti