...

Azərbaycan və Yunanıstan ümumi qaz məsələlərinə malikdir - inkişaf naziri Xristos Foliasla müsahibə

Energetika Materials 17 Mart 2008 14:42 (UTC +04:00)

Azərbaycan, Bakı,17 mart / Trend , müxbir A.Bədəlova/ Bazar ertəsi Bakıya səfər etmiş Yunanıstanın inkişaf naziri Xristos Foliasla Trend ın eksklüziv müsahibəsi

- Bakıya səfəriniz zamanı hansı sahələrdə müqavilə imzalanması nəzərədə tutulub və bunlar iki ölkə arasında mal dövriyyəsinin yaxşılaşdırılmasına nə dərəcədə kömək edəcək?

- Mən Azərbaycan və Yunanıstan arasında münasibətlərin yaxşılaşmasını səbrsizliklə gözləyirəm. Biz elmi-texniki sahədə, bərpa olunan enerji mənbəyi və effektli istifadəsi ilə əlaqədar əməkdaşlığa dair qarşılıqlı anlaşma, Yunanıstanın qida sənayesilə Bakının səlahiyyətli orqanları və Yunanıstanın standartlaşdırma təşkilatı ilə Azərbaycanın Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentiliyi arasında əməkdaşlıq haqqında bir sıra layihələr və memorandumlar hazırlamışıq. Sndartaşdırma idarələri və qida sənayesi olqanlarımız arasında əmkdaşlıq ticarətdə texniki maneələri aradan qaldırmağa və iqtisadi münasibətlərimizi möhkəmləndirməyə imkan yaradacaq.

Səfərimin gündəliyində Azərbaycan prezidenti İlham Əliyevlə görüş də nəzərdə tutulub. Mən onunla 2007-ci ilin noyabrında Türkiyə-Yunanıstan qaz kəmərinin inaqurasiyasında görüşmüşdüm. Gündəliyimə eləcə də, Baş nazir Artur Rasizadə, sənaye və energetika naziri Natiq Əliyev, maliyyə naziri Samir Şərifov, iqtisadi inkişaf naziri Heydər Babayev, xarici işlər naziri Elmar Məmmədyarov və Azərbaycanın Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevlə görüşlər daxildir.

- Məlumdur ki, Yunanıstan "Şahdəniz" yatağından hasil edilən Azərbaycan qazının satın alınmasında maraqlıdır. Bakıya səfəriniz zamanı Azərbaycan qazının Yunanıstana tədarükünün həcmi və müddəti ilə bağlı məsələlər də müzakirə olunacaqmı?

- Biz ümid edirik ki, yaxın günlərdə Yunanıstanın daxili bazarı üçün təbii qaz tədarükünə dair müqaviləni tamamlayacağıq. Qeyd etmək istərdim ki, Azərbaycan və Yunanıstan arasında energetika sahəsində əməkdaşlıq barədə 2007-ci ildə imzalanmış müqavilə parlamentimiz tərəfindən artıq təsdiq edilib. Müqavilə birləşmiş komitənin yaradılmasını nəzərdə tutur və mənim də məqsədim həmin müqavilənin mümkün qədər qısa müddətdə təsdiqinə zəmanət verməkdir. Bizim üzərində işləyəcəyimiz otraq məsəllərimiz çoxdur.

Bakıya səfərim zamanı Azərbaycanın həm bizim, həm də Avropanın enetgetika siyasətinin inkişafındakı rolu barədə müzakirələr aparacağam. Hər iki tərəf Yunanıstan bazarının yaxın zamanlarda qaz təmin edilməsi üzrə müqavilənin tamamlanması üzərində işləyir. Maraqlı şirkətlər kommersiya şərtlərilə bağlı məsələləri həll etməlidir.

- Yunanıstan Azərbaycan qazının digər Avropa ölkələrinə nəqli üçün tranzit ölkə qismində çıxış etməyə hazırdırmı?

- Türkiyə-Yunanıstan-İtaliya (İTGİ) birləşdirici qaz kəmərinin tikintisi Yunanıstan və iştirakçı-ölkələr üçün mühüm layihədir. Biz Türkiyə və Yunanıstan qaz sistemini birləşdirən strateji vacib layihənin birinci mərhələsini başa çatdırmışıq və artıq qazı idxal edirik. İndi bizim diqqətimiz layihənin ikinci mərhələsi - Yunanıstan-İtaliya boru kəmərinin tikintisinə yönəlib. Layihənin onşor və offşor hissəsi üçün hərtərəfli texniki araşdırmalar hazırdır. İtaliyaya qazın tranziti üçün hüquqi bazalara gəlincə, biz Avropa İttifaqının qanunlarına müvafiq olaraq bütün lazimi tədbirləri görürük.

- Azərbaycandakı investisiya mühitini necə qiymətləndirirsiniz və bizim ölkənin hansı iqtisadi sahələri biznesi inkişaf etdirmək üçün Yunanıstan şirkətlərinə maraqlı olardı?

- Hazırda Azərbaycan dünya ölkələri üçün böyük investisiya marağı kəsb edir və Yunanıstan şirkətləri də sizin iqtisadiyyata böyük investisiyalar qoya bilər. Mən inanıram ki, energetika bu gün yeni yol salaraq bizim ölkələr arasında qapılar açıb. Daha sıx əməkdaşlıq və birgə sahibkarlıq sahəsində isə əlavə addımlar atıla bilər.

- Hazırda Yunanıstanın yanacağa tələbatı və enerji tələbatının artım dinamikası necədir?

- 2007-ci ildə Yunanıstanda avtomobil benzininə olan tələbat təxminən 19 mln. ton təşkil edib. Tələbat daima artır və neftin qiymətini də maksimal səviyyəyə qaldırır. Neftin yaxın zamanlarda tükənəcəyi faktı istehlakçıları alternativ enerji mənbələri axtarmağa sövq edir. Təbii qaz Avropa üçün yeni anlayış deyil. Yunanıstan üçün isə enerji balansında qaz əsas olmaqla - yenilikdir. 2005-ci ildə Yunanıstan bazarında bioyanacaq təqdim edilib və Yunanıstan İnkişaf Naziriliyi bu yanacağın istifadəsi kosepsiyasını dəstəkləyir. Bundan əlavə, Yunanıstan və Avropa İttifaqı bərpa olunan enerji mənbələrinin istifadəsini bəyənir. Aİ qarşısına məqsəd qoyub ki, 2020-ci ilə qədər enerji balansının beşdə biri bərpa olunan enerji mənbələrindən ibarət olsun.

Müəlliflə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti