...

Azərbaycan neftinin qiyməti artıb

Energetika Materials 17 Mart 2008 15:49 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 mart / Trend , müxbir A.Bədəlova/ Azərbaycanın AZERI LT CIF Augusta növlü neftinin martın14-də qiyməti 1 barel üçün 109,87 dollar təşkil edib. 1997-ci ildən yüngül neft hasil edən Azərbaycan Dövlət Neft Şirkətindən bazar ertəsi verilən məlumata görə, cümə günü neftin qiyməti cümə axşamına nisbətdə 1 barrel üçün 0,01 dollar artıb.

Azeri Light neft növü Azərbaycanın "Azəri-Çıraq-Günəşli" yatağından çıxarılır. Neft digər növlərlə qarışdırılmadan Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə Türkiyənin Ceyhan limanına, Bakı-Supsa kəməri ilə Gürcüstanın Supsa və dəmir yolu ilə Batumi limanlarına çatdırılır.

ARDNŞ-dan bildiriblər ki, AZERI LT FOB Ceyhan-nın martın 14-də qiyməti 1 barel üçün 108,42 dollara çatıb. Bu, əvvəlki qiymətdən 0,01 dollar çoxdur.

Azərbaycan həmçinin neftin URAL növünü Novorossiysk limanından satır. Buraya xammal Bakı-Novorossiysk boru kəməri ilə çatdırılır. Keyfiyyətli Azərbaycan nefti Rusiyanın boru kəmərləri şəbəkəsində digər növlərlə qarışdırılır və Novorossiysk limanında URAL adı ilə satılır. Bu növ spesifikasiyasına görə, Azərbaycan neftindən keyfiyyət və qiymətcə aşağıdır.

Martın 14-də URALS neftinin qiyməti 1 barel üçün 101,21 dollar təşkil edib. Bu öncəki qiymətdən 0,58 dollar azdır.

Analoji vəziyyt Şimal dənizindən hasil edilən neftin Brent Dated etalon növünə də aiddir. Brent Dated neftinin martın 14-də qiyməti 1 barel üçün 108,9 dollar təşkil edib. Bu əvvəlki qiymətdən 0,19 dollar azdır.

Xəbər lenti

Xəbər lenti