...

Yunanıstan ildə təxminən 1 mlrd. kub metr Azərbaycan qazı almaq niyyətindədir – nazir

Energetika Materials 18 Mart 2008 14:06 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 mart / Trend / Yunanıstan Azərbaycandan təxminən 1 mlrd. kub metr qaz almaq niyyətindədir. Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevlə görüş zamanı Yunanıstanın inkişaf naziri Xristos Folias bildirib. O bildirib ki, Yunanıstan həmçinin Azərbaycan qazının Avropa bazarına nəqli üçün tranzit ölkə kimi çıxış etmək niyyətindədir.

Yunanıstanın DEPA neft-qaz şirkətinin Direktorlar Şurasının sədri Asimakis Papaqeorqiu görüş zamanı bildirib ki, şirkət Azərbaycan qazının Yunanıstana nəqli üzrə danışıqlara başlamağa hazırdır.

ARDNŞ prezidenti Abdullayev bu gün Azərbaycanın "Şahdəniz" qazkondensat yatağından qazın artıq Türkiyə və Gürcüstana ixrac olunduğunu bildirib. Azərbaycan qazının Avropaya nəqli üçün tranzitlə bağlı məsələləri həll etmək lazımdır.

Xəbər lenti

Xəbər lenti