...

Azərbaycan və Rusiya 2008-ci ildə elektrik enerjisi üzrə alqı-satqı tarifini dəyişməyiblər saxlayıb

Energetika Materials 2 Aprel 2008 17:02 (UTC +04:00)
Azərbaycan  və Rusiya 2008-ci ildə elektrik enerjisi üzrə alqı-satqı tarifini dəyişməyiblər saxlayıb

Azərbaycan, Bakı, 02 aprel / Trend , müxbir S.Əliyev/ Rusiyanın "İnter RAO EGS" şirkəti və Azərbaycanın "Azərenerji" Səhmdar Cəmiyyəti elektrik enerjisinin alqı-satqısına dair tariflərin dəyişdirilməsindən imtina edib. Bu barədə çərşənbə günü "Azərenerji"nin vitse-prezidenti Marlen Əsgərov məlumat verib. Tərəflər müqavilədə göstərilən elektrik enerjisi verilişinin 300 MVt-dan 120 MVt-a endirliməsinə dair qərar qəbul ediblər. "Belə olan halda, yeni müqavilə bağlanmayacaq" - deyə Əsgərov bildirib.

Əvvəllər Rusiya tərəfi Rusiya ilə Azərbaycan arasında elektrik enerjisinin alqı-satqısına dair tarifləri bərabərləşdirmək təklifi ilə çıxış edirdi. Rusiya tərəfi mübadilənin "güzgü" prinsipi üzrə həyata keçirilməsini, daha doğrusu, hər tərəf üçün 1 kVt/saat elektrik enerjisinə görə 4,3 Amerika sentinin tətbiq edilməsini təklif edirdi.

Hazırda Azərbaycanda elektrik enerjisinin istehsal həcmi təlabatı tam ödəyir. Ötən il Rusiyadan əldə edilən elektrik enerjisi 2006-cı ilə nisbətdə 70 faiz azalıb. Bu gün Azərbaycan Rusiyaya tədarük etdiyi qədər elektrik enerjisi alır.

Rusiya ilə Azərbaycan arasında elektrik enerjisi mübadiləsi müsbət amidir. Elektrik enerjisi mübadiləsi Rusiyanın cənub regionu (Dağıstan, Şimali Qafqaz) və Azərbaycanın şimal rayonlarının enerji sisteminin stabilliyini artırır.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - capital

Xəbər lenti

Xəbər lenti