...

Azərbaycanın yeni elektrik stansiyasının tikintisi üzrə texniki-iqtisadi əsaslandırmaya dair hazırlıq işləri başa çatdırılıb

Energetika Materials 2 Aprel 2008 19:12 (UTC +04:00)

Azərbaycan, Bakı, 02 aprel / Trend , müxbir S.Əliyev/ "Azərenerji" Səhmdar Cəmiyyəti İranla birgə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda elektrik stansiyasının tikintisi üzrə layihənin texniki-iqtisadi əsaslandırılmasına dair hazırlıq işləri başa çatdırıb. Bu barədə çərşənbə günü SC-nin vitse-prezidenti Marlen Əsgərov məlumat verib. Elektrik stansiyasının layihə gücü 36 MVt səviyyəsində proqnozlaşdırılır.

Bu layihə NAR-ın Ordubad rayonunda Araz çayı üzrə sərhəd boyunca iki elektrik stansiyasının (biri Azərbaycan, digəri İran tərəfində) tikintisini nəzərdə tutur.

Çayın su ehtiyatları paritet əsaslarla istifadə olunacaq. Bununla yanaşı, stansiyalar derivasiya tipli olacaq, daha doğrusu, onlar çayın qolları üzrə yerləşdiriləcək. Çayın suyu digər ehtiyaclar üçün istifadə olunmayacaq və yenidən çaya axıdılacaq.

Xəbər lenti

Xəbər lenti