...

ARDNŞ iri dəniz yatağında neft hasilatını 1 mln. tona çatdıracaq

Energetika Materials 10 Aprel 2008 13:20 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 aprel / " , müxbir E.İsmayılov/ Cari ildə Azərbaycanın "Neft Daşları" yatağında 955 min-1 mln. ton həcmində neft hasilatı proqnozlaşdırılır. Bu barədə "Neft Daşları" Neft-Qaz Hasilatı İdarəsinin (NQHİ) rəhbəri Məmməd Ağayev bildirib.

NQHİ-i Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) tərkibinə daxildir. Ötən il "Neft Daşları" yatağında 942,3 min ton neft hasil olunub.

Onun sözlərinə görə, hazırda yataqda №2415 yeni hasilat platforması quraşdırılır, "Yarım il ərzində burada neft hasilatına başlanması planlaşdırılır". Platforma yataqda stabil neft hasilatı həcminin saxlanılması üçün təyin olunub. Bu platformadan 12 quyu qazılacaq. Bu il ərzində yataqda daha bir platforma quraşdırılacaq.

Ağayev bildirib ki, 2008-2010-cu illərdə yataqda neft hasilatı həcminin artırılması proqramı çərçivəsində gələn ilin sonuna qədər hasilat həcminin 1,2 mln. tona çatdırılması planlaşdırılır.

ARDNŞ geoloqlarının qiymətləndirməsinə görə, "Neft Daşları" yatağında qalan neft ehtiyatları 30 mln. ton təşkil edir. 2010-cu ilə qədər yataqda neft hasilatı həcminin artırılması üçün ARDNŞ 78 quyu qazmağı və yeni platformalar tikməyi planlaşdırır.

Son illər "Neft Daşları" yatağında iki platforma istismara verilib. Onlardan biri - №1887 platforması 36 quyu üçün nəzərdə tutulub və beş blokdan ibarətdir. İkincisi - №2387 platfoması isə 12 quyu üçün nəzərdə tutulub. Bu platformalarda müntəzəm qazmalar başlanıb və artıq 11 yeni quyu istismara verilib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan : capital

Xəbər lenti

Xəbər lenti