...

Gürcüstanda birinci rübdə dizel yanacağının qiyməti dördə bir dəfə artıb

Energetika Materials 15 Aprel 2008 20:49 (UTC +04:00)

Gürcüstan,Tbilisi,15 aprel / Trend , müxbir N.Kirtsxaliya/ Gürcüstan bazarında birinci rübdə bir ton dizel yanacağının orta hesabla qiyməti 25 faiz yaxud 200 dollar artaraq təxminən 1020 dollara qədər artıb. Çərşənbə axşamı keçirilən mətbuat konfransında Gürcüstanın İdxalatçılar, İstehsalçılar və İstehlakçılar İttifaqının sədri Vano Mtvralaşvilinin verdiyi məlumata görə, Gürcüstanda dizel yanacağı qiymtlərinin artımı dünyadakı neftdaşınma yükləri qiymətlərinin ümumi artımı ilə əlaqədardır.

Onun sözlərinə görə, hazırda Azərbaycan və Türkmənistandan Gürcüstana idxal olunan dizel yanacağının bir litrinin qiyməti, topdan və pərakəndə əlavə dəyər istisna olmaqla, 1,65 lari təşkil edir.

" İndi yaz kənd təsərrüfatı işləri başlayır və kənd təsərrüfatında məşğul olan insanlar yanacağa yüksək qiymətlər ödəmək məcburiyyətində qalırlar, bu da məhsulun maya dəyərinə mənfi təsir göstərir" - deyə Mtvralaşvili bildirib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti