Azərbaycan, Bakı, 25 aprel / Trend / BP şirkəti aprelin 24-də Azərbaycanda elmin inkişafına kömək məqsədi ilə yeni tədris proqramının birinci mərhələsini reallaşdırmağa başlayıb. Proqram ümumilikdə kimya, fizika və biologiya fənlərini özündə birləşdirir.
Layihədə məqsəd pedaqoqların yoxlamadan keçirilmiş tədris üsulunun təqdimatıdır. Bu üsul yeni təlim və tədris vasitələrinin istifadəsinə təkan verəcək.
Layihə "British Council" tərəfindən həyata keçiriləcək. "British Council" Azərbaycanda təhsil sahəsində təşəbbüslər, Azərbaycanın Təhsil Nazirliyi, Böyük Britaniyanın Milli elmi-tədris mərkəzi, Azərbaycanın Müəllimlərin Təkmilləşdirilməsi İnstitutunun da daxil olduğu yerli və beynəlxalq tərəfdaşlar konsorsiumu ilə əmkdaşlıq məsələlərində BP-nin tərəfdaşıdır.
Cari il ərzində pilot layihəsinin reallaşdırılması üçün BP 240 min dollar sərf edəcək. Layihədə 56 pedaqoq, o cümlədən 23 metodist-müəllimə, universitetlərin 13 müəlliməsi, Bakı, Gəncə, Sumqayıt, Salyan və Lənkəran şəhərlərinin beş pilot məktəbinin 15 müəllimi və direktorları iştirak edəcəklər.