...

Azərbaycan Rusiya, İran və Türkiyə ilə elektrik enerjisinin ixracı üzrə danışıqlar aparır

Energetika Materials 9 May 2008 16:34 (UTC +04:00)
Azərbaycan Rusiya, İran və Türkiyə ilə elektrik enerjisinin ixracı üzrə danışıqlar aparır

Azərbaycan, Bakı, 09 may / " , müxbir S.Əliyev/ Yaxın illərdə Azərbaycan yeni elektrik stansiyalarının tikintisi hesabına istehsal gücünü 3000 mVt-a qədər artıracaq və illik enerji istehsalının ümumi həcmini 35 mlrd. kVt/saata çatdıracaq. Bu barədə cümə günü "Azərenerji" SC-nin rəhbəri Etibar Pirverdiyev bildirib.

Azərbaycanda hazırkı illik elektrik enerjisi istehsalı həcmi 25 mlrd. kVt/saat təşkil edir.

"Azərbaycanda elektrik enerjisi istehsalının artması onu regionun digər ölkələrinə ixrac etməyə imkan yaradacaq", - deyə Pirverdiyev bildirib.

"Azərenerji" SC-nin vitse-prezidenti Marlen Əsgərovun sözlərinə görə, hazırda elektrik enerjisinin ixrac məsələsi ilə bağlı Rusiya, İran və Türkiyə ilə danışıqlar aparılır.

"Gələn həftə elektrik enerjisinin ixracı və tranziti üzrə danışıqların davam etdirilməsi üçün İran və Rusiya nümayəndələri Bakıya səfər edəcəklər", - deyə Əsgərov bildirib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan : [email protected]

Xəbər lenti

Xəbər lenti