Qazaxstan, Astana. 13 may / Trend müxbir K.Konırova/ İtaliyanın "Eni" şirkəti Türkiyanın Ceyhan limanında yeni neftemalı zavodunun (NEZ) tikintisi layihəsi üzrə işləri fəallaşdırmaq niyətindədir. Bu barədə Trend -ın xüsüsi müxbirinə layihəyə yaxın mənbə məlumat verib.
"Bu günlərdə "Eni" şirkətinin mütəxəssisləri bizə ("KazMunayQaz" (KMQ) şirkətinin nüməyəndələrinə - qeyd Trend ) məlumat veriblər ki, Ceyhanda NEZ tikintisi layihəsini fəallaşdırmaq niyyətindədirlər", - mənbə dedi.
Onun məlumatına görə, hindistanın Oil İndia şirkəti gələcək NEZ texniki-iqtisadi əsaslandırmasını artıq hazırlayıb təqdim edib. "İndi də layihə iştirakçıları tərəfdaşlıq haqqında müqaviləni imzalamağa hazırlaşırlar. O ki qaldı SOCARla (Azərbaycan Dövlət neft şirkəti - qeyd Trend Carital) birgə işləmək planına, deməliyəm ki bu şirkət Ceyhanda NEZ "KazMunayQazla" birgə tikmək təşəbbüsi ilə çıxsada, sonradan bu istiqamətdə heç bir irəlləyiş olmadı", - mənbə əlavə etdi.
Yeni NEZ gücü 15 mln. tonn olacaq. Layihənin dəyəri $5 mlrd. təşkil edir. Layihə iştirakçıları "KazMunayQaz", Oil India, Eni və türkiyənin Calik Enerji şirkətləridir.
Mütəxəssislərin fikrincə, ən sərfəli "iqtisadiyyat" buradadır. Birinci səmərə Ceyhan limanının coğrafi mövqeyindədir. Hazırda buraya neft layihə gücü il ərzində 50 mln. ton olan BTC kəməri vasitəsilə çatdırılır. Türkiyə hökumətinin planlarına öz ərazisində layihə gücü il ərzində 50 mln. ton olan "Samsun-Ceyhan" marşrutunun tikintisi daxildir. Bundan başqa, istisna edilmir ki, buraya neft həmçinin İranın "Kərkük-Ceyhan" kəməri vasitəsilə də çatdırılacaq, kəmərin layihə gücü il ərzində 70 mln. ton təşkil edir.
Beləliklə, Ceyhan limanı rayonunda üç ciddi arteriya birləşərək ümumilikdə buraya 170 mln. ton neft çatdıracaq. Bu dünyanın ən iri limanı olan Rotterdama gələn neftin həcmindən də çoxdur, bu limana hazırda təxminən 150 mln. ton neft daxil olur.
İkinci səmərə Ceyhan iqlimidir: ilin 365 günü günəşli və küləksiz keçir.
Üçüncü səmərə isə perspektiv satış bazarlarının olmasıdır. Bu ilk növbədə Türkiyənin özüdür. Hazırda ölkə neft emalı müəssisələrinə ehtiyac duyur. Belə ki, ölkənin neft məhsullarına olan ehtiyacı 32 mln. ton təşkil edir. Burada fəaliyyət göstərən beş zavod 26,5 mln. ton neft məhsulu istehsal edir, qalan 6-7 mln. həcmində ehtiyacı isə ölkə Rusiya və İtaliyadan aldığı neft hesabına ödəyir. Lakin mütəxəssislərin proqnozlarna görə, 2010-cu ildə Türkiyənin neft məhsullarına olan ehtiyacı 34 mln. ton, 2012-ci ildə isə 43 mln. tona qədər artacaq.
Ceyhan limanında neft emalı zavodu tikintisinin 2012-ci ildə başa çatdırılması planlaşdırılır. Burada neft məhsulları geniş çeşiddə istehsal olunacaq: yüksək oktanlı benzinin bütün növləri, mazut, dizel yanacağı, aviasiya kerosini və neft kimyası məhsulları. Yeri gəlmişkən, bu ayın sonunda layihənin iştirakçıları Astanada qarşılıqlı anlaşma Memorandumu imzalamağı planlaşdırırlar.