...

Ukrayna və Azərbaycan 470 min ton xəzər texnoloji neftinin "Odessa-Brodı" neft kəmərinə doldurulması barədə razılıq əldə ediblər

Energetika Materials 24 May 2008 02:22 (UTC +04:00)

Ukrayna, Kiyev, 23 may/ Trend müxbir Z.Novosvitskiy/ Ukrayna və Azərbaycan 470 min ton xəzər texnoloji neftinin "Odessa-Brodı" neft kəmərinə doldurulması barədə razılıq əldə ediblər.

Bu barədə Ukraynanın prezidenti Viktor Yuşenko Kiyevdə Enerji təhlükəsizliyi məsələlərinə həsr edilmiş Sammit qurtardıqdan sonra yekun mətbuat konfransında bildirib.

Prezident bildirib ki, tərəflər razılığa gəliblər ki, iki qərbi-ukraynanın neft emalı zavodu (Nadvirnyanski və Droqobıçskiy) ildə 5 mln. ton xəzər neftini emal etsinlər.

Yuşenko onuda qeyd etdi ki, tərəflər sınamaq məqsədilə xəzər neftinin "Odessa Bordı" marşrutu ilə nəql edilməsi və oradan "Drujba" neft kəməri vasitəsilə Çexiyanın Kralupı şəxərinə kimi nəqli barədə razılıq əldə ediblər.

""Odessa - Bordı" avers rejimi təklifin miqdarı və sərf etmənin miqdarını koordinasiya etdikdən sonra başlanacaq"

Ukrayna 674 km uzunluğunda olan "Odessa-Bordı" neft kəmərinin inşaasını 2002-ci ildə yekunlaşdırmışdır, marşrut 14 mln. ton neftin Ukraynanın qərb sərhədlərinə kimi çatdırılmasına imkan verirdi.

Əvvəldən, layihə xəzər neftinin avropa istehlakçıları üçün nəqli məqsədilə tikilmişdir, lakin 2004-cü ilə kimi kəmər "qara qızılın" olmadığı üçün boş dururdu.

2004-cü ilin ortalarında "Ukrtransnafta" və TNK-VR üç il müddətinə, marşrutun birgə istifadəsi barədə müqavilə bağladılar. Bu saziş hər il 9 mln. ton neftin qaradəniz rayonunda Odessa limanında "Yujnıy" dəniz neft terminalına nəqli nəzərdə tuturdu.

İlk tranzit nefti ilə tanker "Yujnıy" limanndan 2004-cü ilin sentyabr ayının sonlarında yola salınmışdır.

2007-ci ildə "Odessa-Bordı" kəməri vasitəsilə 9 mln. 056 min ton, 2006-cı ildə 3 mln. 418 min ton, 2005-ci ildə 5 mln. 754 min ton, 2004-cü ildə 1 mln. 048 min ton neft ötürülmüşdür.

Prezident Yuşenko 22 maydan 474 №-li əmri ilə Nazirliklərarası işçi qrupu yaratdı və ona tapşırdı ki, bir həftə ərzində 2008-ci ildən "Odessa-Bordı" neft kəmərinin başqa rejimə keçirilməsi barədə tədbirlər planını hazırlansın.

Xəbər lenti

Xəbər lenti