Azərbaycan, Bakı, 26 may / Trend , müxbir E.İsmayılov/ Yeni gəmiqayırma zavodunun inşası 2008-ci ilin sonu 2009-cu ilin əvvəlində başlaya bilər. Bu haqda iqtisadi ikişaf nazirinin müavini Mikayıl Cabbarov Azərbaycan-alman iqtisadi forumunda bazar ertəsi bildirib.
Mayın 19-da Azərbaycan Dövlət Neft Şirkəti, Azərbaycan İnvestisiya Şirkəti və Koreyanın "STX" şirkəti arasında Azərbaycanda gəmiqayırma zavodunun tikintisi haqqında Memorandum imzalanıb. Sözügedən layihədə Azərbaycan Dövlət Neft Şirkətinin iştirak payı daha çox - 65 faiz, AİŞ-in iştirak payı - 10 faiz və "STX Shipbuilding Co., Ltd" şirkətinin payı isə 25 faiz təşkil edir. Zavod Azərbaycanın Qaradağ rayonunda inşa ediləcək.
Müəssisənin yaradılması üzrə ilkin dəyər - $400 mln. təşkil edir. Obyektin təhvil verilməsi 2011-ci ilə nəzərdə tutulub.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]