...

Azərbaycanda neft muzeyinin tikintisi üzrə layihənin reallaşdırılmasında üç şirkət maraqlıdır

Energetika Materials 3 İyun 2008 19:20 (UTC +04:00)

Azərbaycan, Bakı, 03 iyun / Trend / Azərbaycanda neft muzeyinin tikintisi üzrə layihənin reallaşdırılmasında üç şirkət maraqlıdır. Bu, Almaniyanın "PA" (Probst Arxitekten) arxitektura şirkəti, "Region" və "Nep-Engineering" şirkətlər qrupudur. Onlar öz layihələrini Azərbaycan Dövlət Neft Şirkətindəki (ARDNŞ) müsabiqə komissiyasının ilk iclasında təqdim ediblər. Bu barədə ARDNŞ-nin məlumatında bildirilir.

Muzey Bakının Səbail rayonunda "Azneft" İstehsalat Birliyinin "Bibi Heybət" Neft- Qazçıxarma İdarəsinin neftdən təmizlənmiş və yumşaldılmış 45 ha-lıq sahəsində yerləşəcək.

Layihə muzey kompleksinin açıq və qapalı zonalarının tikintisini nəzərdə tutur. Açıq zonada sərgi qalereyası, kinozal, uşaq muzeyi və İnternet-klub, bir neçə kafe, suvenir mağazaları, iclas zalları, elmi-tədqiqat mərkəzi, kitabxana, ARDNŞ-nin mərkəzləşdirilmiş arxivi, qonaq evi yerləşəcək.

Yeni muzeyin tikintisi zamanı yüksək keyfiyyətli, beynəlxalq standartlara cavab verən konstruksiyalar, material və avadanlıqlar, həmçinin, yeni texnologiya və innovasiyalardan istifadə nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti