...

ABŞ yanvar-martda Azərbaycandan neft idxalını artırıb

Energetika Materials 11 İyun 2008 18:03 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 iyun / Trend / Cari ilin yanvar-mart aylarında ABŞ Azərbaycandan 4,378 mln. barel neft idxal edib ki, bu ötən ilin analoji dövründə 2,677 mln. barel təşkil edib. Bu barədə ABŞ-ın Dövlət Enerji İnformasiyaları İdarəsinin (EIA) məlumatında bildirilr.

Ötən il ABŞ 2006-cı ilin 9,744 mln. barelinə nisbətdə 20,643 mln. barel Azərbaycan nefti alıb.

Azərbaycan neftinin nəql olunduğu əsas ixrac marşrutları Bakı-Tbilisi-Ceyhan boru kəməridir. Bu kəmər vasitəsi ilə neft Türkiyənin Ceyhan limanına tədarük olunur.

Azərbaycan yüngül nefti Gürcüstanın Sursa limanından da ixrac olunub. Bura neft Bakı-Sursa boru kəmri ilə çatdırılıb. Hazırda bu boru kəmərində təmir işləri başa çatdırılıb və onun doldurulması prosesi gedir. Neft Gürcüstanın Qara dəniz Batumi limanandan və Novorossiysk limanından da ixrac olunur. Bu limanlara neft, müvafiq olaraq, Bakıdan dəmir yolu vasitəsilə və Bakı-Novorossiysk boru kəməri ilə çatdırılır.

Xəbər lenti

Xəbər lenti