...

Yaponiya şirkəti Azərbaycanda yeni neft-kimya kompleksinin tikintisində maraqlıdır

Energetika Materials 13 İyun 2008 15:33 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 iyun / Trend / Yaponiyanın "Chiyoda Corporation" mühəndis-tikinti şirkəti Azərbaycanda yeni neft-kimya kompleksinin tikintisində iştirakla bağlı istəyini bildirib. Bu barədə cümə günü Azərbaycan Dövlət Neft Şirkətindən (ARDNŞ) yayılan məlumatda bildirilib. ARDNŞ bu təklifi müzakirə etməyi planlaşdırır.

Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev iyunun 12-də "Almana" (Qətər) Şirkətlər Qrupunun İdarə Heyətinin sədri Ömər əl-Man və Yaponiyanın "Chiyoda Corporation" şirkətinin vitse-prezidenti Takaşı Kabora ilə görüşüb. Sözügedən şirkətlər Azərbaycanda neft emalı və neft kimyası sahələri üzrə sərmayə proqramlarına maraqlarını ifadə ediblər.

"Chiyoda" korporasiyası dünyanın bir çox ölkələrində mühəndis-layihə işləri, o cümlədən dizayn və tikinti üzrə uğurlu fəaliyyət həyata keçirib. Şirkət hesab edir ki, Azərbaycanda neft hasilatı və neft-kimya layihələrinin reallaşdırılması ölkə iqtisadiyyatı üçün mühüm əhəmiyyət kəsb edəcək.

Xəbər lenti

Xəbər lenti