Azərbaycan, Bakı, 13 iyun/ Trend /Cümə axşamı Bakıda, ilk dəfə Brüsseldən kənarda Avropa Enerji Xartiyasının sənaye üzrə məşvərət qrupunun iclası keçirilib. İclas məşvərət qrupunun sədri, Avropa ölkələri ilə iş üzrə BP şirkətinin direktoru Horvard Çazsinin başçılığı altında keçirilib.
Görüşdə Azərbaycan Dövlət Neft Şirkəti, Türkiyənin Botas şirkəti və Rusiya RAO їYES Rusiyaїnın təqdimatları nümayiş etdirilib. İclas iştirakçıları regionda ən böyük neft-qaz terminalı olan Səngəçala baş çəkiblər.
Avropa Eneri Xartiyası 1991-ci il dekabrın 17-də imzalanıb. Avropa Xartiyası Sazişi və enerji xartiyasının enerji effektliliyi və ekoloji məsələləri üzrə protokol 1994-cü il dekabrın 17-də Lissabonda imzalanıb və 1998-ci ilin aprelində qüvvəyə minib.
Enerji xartiyasının fəaliyyəti yalnız enerji məsələləri ilə məhdudlaşır və bu sahədə qanunverici bazanın inkişafı və möhkəmlənməsi məqsədini güdür, həmçinin enerji sahəsində islahatların aparılması və enerji siyasəti məsələlərini əhatə edir.