...

Azərbaycan prezidenti İlham Əliyev Bakıda "Azərbaycan və Türkmənistanın neft və qaz potensialı" mövzusunda beynəlxalq konfransın keçirilməsinə dair sərəncam imzalayıb

Energetika Materials 18 İyun 2008 12:57 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 iyun / Trend / Azərbaycan prezidenti İlham Əliyev sentyabrda Bakıda "Azərbaycan və Türkmənistanın neft və qaz potensialı: energetika, iqtisaddiyyat, ekologiya. Əməkdaşlıq strategiyası" mövzusunda beynəlxalq konfransın keçirilməsinə dair sərəncam imzalayıb.

Sərəncama əsasən, konfransın hazırlanması və keşirilməsi üçün təşkilat komitəsi yaradılacaq. Təşkilat komitəsinə Azərbaycan Baş nazirinin birinci müavini Yaqub Eyyubov, sənaye və energetika naziri, ekologiya və təbii sərvətlər naziri, Xarici İşlər, Maliyyə, İqtisadi İnkişaf və Nəqliyyat nazirlikləri rəhbərlərinin müavinləri daxil olacaq. Komitənin tərkibinə Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti də daxil olacaq.

Təşkilat komitəsinə konfransın keçirilməsi və reallaşdırılması üzrə fəaliyyət proqramının hazırlanması həvalə olunub.

Sərəncam iki ölkənin enerji vəsaitlərinin səmərəli istifadəsi, həmçinin regional və beynəlxalq enerji layihələrinin reallaşdırılma əhəmiyyətini nəzərə alaraq, Azərbaycan və Türkmənistan arasında ikitərəfli əlaqələri gücləndirmək və qarşılıqlı mənfəət məqsədilə imzalanıb.

Xəbər lenti

Xəbər lenti