Azərbaycan, Bakı, 19 iyun / Trend , S.Əliyev / "BP" şirkəti "Şahdəniz" qaz kondensantı yatağında yaxın günlərdə qazma işləri aparacaq "SDX-5" qiymətləndirmə quyusunun dərinliyi 6568 m təşkil edəcək. Bu barədə cümə axşamı hökumətdən bildirilib.
Hazırlıq işləri tamamlandıqdan sonra quyunun qazma işləri başlayacaq. Qazma işləri "İstiqlal" qurğusundan "Caspian Drilling Company" Azərbaycan-Amerika BM tərəfindən reallaşdırılacaq.
"CDC" "BP"-nin "Şahdəniz" layihəsi üzrə qazma podryatçısıdır.
"Şahdəniz"-də "SDX-5" quyusunun qazılması yatağın hazırda 1,2 trln. kub metrə çatan ehtiyatlarını müəyyən etməyə imkan yaradacaq. Qazma işləri 150-180 gün davam edəcək.
"BP" (operator) - 25,5 faiz, "Statoil" - 25,5 faiz, "NICO" - 10 faiz, "Total" - 10 faiz, "LukAgip" - 10 faiz, "TPAO" - 9 faiz, ARDNŞ - 10 faiz: "Şahdəniz" layihəsinin iştirakçılarıdır.