...

ARDNŞ Bakı-Tbilisi-Ceyhan boru kəməri üzrə ixracı üç dəfə artırıb

Energetika Materials 3 İyul 2008 21:27 (UTC +04:00)

Azərbaycan, Bakı, 03 iyul / Trend / Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) 2008-ci ilin yanvar-iyun aylarında Bakı-Tbilisi-Ceyhan boru kəməri üzrə 9,5 mln. tondan çox neft ixrac edib. Bu göstərici ötən ilin analoji dövründə 3,1 mln. ton təşkil edib. Bu barədə şirkətin mlumatında bildirilir.

2006-cı il ərzində ARDNŞ Bakı-Tbilisi-Ceyhan boru kəməri üzrə 1 mln. 403 min tondan çox neft ixrac edib.

Cari ilin yanıvar-iyun ayları ərzində Gürcüstanın Qara dəniz Batumi limanı istiqamətində dəmir yolu üzrə təxminən 245,8 min ton neft ixrac olunub. Bu göstərici ötən lin analoji dövründə təxminən 221,3 min tona bərabər olub

Xəbər lenti

Xəbər lenti