...

Azərbaycan neftinin qiyməti aşağı düşüb

Energetika Materials 7 İyul 2008 17:18 (UTC +04:00)

Azərbaycan, Bakı, 07 iyul / Trend , müxbir A.Bədəlova/ Azərbaycanın AZERI LT CIF Augusta növlü neftinin iyulun 4 -də qiyməti 1 barel üçün 148,72 dollar təşkil edib. 1997-ci ildən yüngül neft hasil edən Azərbaycan Dövlət Neft Şirkətindən bazar ertəsi verilən məlumata görə, cümə günü neftin qiyməti cümə axşamına nisbətdə 1 barrel üçün 0,56 dollar aşağıdüşüb.

Azeri Light neft növü Azərbaycanın "Azəri-Çıraq-Günəşli" yatağından çıxarılır. Neft digər növlərlə qarışdırılmadan Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə Türkiyənin Ceyhan limanına, Bakı-Supsa kəməri ilə Gürcüstanın Supsa və dəmir yolu ilə Batumi limanlarına çatdırılır.

ARDNŞ-dən bildiriblər ki, AZERI LT FOB Ceyhan-nın iyulun 4-də qiyməti 1 barel üçün 146,58 dollar təşkil edib. Bu, əvvəlki qiymətdən 0,56 dollar azdır.

Azərbaycan neftin URALS növünü də Novorossiysk limanından satır. Buraya xammal Bakı-Novorossiysk boru kəməri ilə çatdırılır. Keyfiyyətli Azərbaycan nefti Rusiyanın boru kəmərləri şəbəkəsində digər növlərlə qarışdırılır və Novorossiysk limanında URALS adı ilə satılır. Bu növ spesifikasiyasına görə, Azərbaycan neftindən keyfiyyət və qiymətcə aşağıdır.

İyulun 4-də URALS neftinin qiyməti 1 barel üçün 136,98 dollar təşkil edib. Bu öncəki qiymətdən 1,17 dollar azdır.

Analoji vəziyyət Şimal dənizindən hasil edilən neftin Brent Dated etalon növünə də aiddir. Brent Dated neftinin iyulun 4 - də qiyməti 1 barel üçün 143,15 dollar təşkil edib. Bu, əvvəlki qiymətdən 1,07 dollar azdır.

Xəbər lenti

Xəbər lenti