...

Azərbaycan neftinin qiyməti: 7-11 iyul həftəsinin yekunları

Energetika Materials 14 İyul 2008 19:59 (UTC +04:00)
Azərbaycan neftinin qiyməti: 7-11 iyul həftəsinin yekunları

Azərbaycan, Bakı, 14 iyul / Trend , müxbir A.Bədəlova/ 7-11 iyul həftəsində Azərbaycanın Türkiyənin Ceyhan və Gürcüstanın Batumi limanından satdığı AZERI LT (CIF) neftinin otra qiyməti $143,54/barr. təşkil edib, bu da ötən həftənin orta qiymətindən $3,19/barr azdır.

7-11 iyul həftəsində AZERI LT neftinin maksimal qiyməti $149,66/barr, minimal qiyməti isə $139,84/barr təşkil edib. Azeri Light neftinin APİ üzrə sıxlığı 34,6 dərəcə təşkil edir, tərkibindəki kükürdün miqdarı - 0,14%-dir.

7-11 iyul həftəsində Azərbaycanın Novorossiysk limanından satdığı URALS (EX-NOVO) neftinin orta qiyməti $132,52/barr təşkil edib, bu da ötən həftənin orta qiymətindən $3,14/barr azdır.

7-11 iyul həftəsində URALS neftinin maksimal qiyməti $139,18/barr, minimal qiymət isə $128,45/barr təşkil edib.

URALS neftinin sıxlığı APİ üzrə 32 dərəcə təşkil edir, tərkibindəki kükürdün miqdarı - 1,3%-dir. Lakin satış zamanı bu neft növünün spesifikasiyası müxtəlif vaxtlarda tərkibində daha çox (daha az) dominantlıq edən keyfiyyətli neft növlərindən asılı olaraq dəyişir.

7-11 iyul həftəsində Brent Dated neftinin orta qiyməti $137,58/barr təşkil edib, bu da ötən həftənin orta qiymətindən $4,32/barr çoxdur.

Ötən həftə Brent neftinin maksimal qiyməti $$143,51/barr, minimal qiymət isə $134,16/barr təşkil edib.

Brent Dated neftinin sıxlığı APİ üzrə 38,3 dərəcə təşkil edir, tərkibindəki kükürdün miqdarı - 0,36%-dir.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: Cap

Xəbər lenti

Xəbər lenti