...

Beynəlxalq Valyuta Fondu neftin qiymət proqnozunu artırb

Energetika Materials 18 İyul 2008 20:10 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 iyul/ Trend , müxbir A.Bədəlova/ Beynəlxalq Valyuta Fondunun proqnozlarına əsasən, 2008 - ci ildə neftin qiyməti $116,5, 2009-cu ildə isə, $125-dək təşkil edəcək. Əvvəllər BVF neftin qiymətlərinin 2008-ci ildə 1 barelə görə $112, 2009-cu ildə isə, $116,25-dək artmasını proqnozlaşdırıb.

BVF-nin Fondun rəsmi saytında yerləşdirilən "Dünya iqtisadiyyatının inkişaf perspektivləri" adlı məruzəsində deyilir ki, neft bazarında qiymətlərin sürətli artım tendensiyası dünya iqtisadiyyatının yüksəlməsinin başladığı vaxtda məhdud ehtiyat gücünün olması şəraitində zəifləmiş təklif reaksiyasını əks etdirir.

Məruzədə deyilir ki, mövcud yataqlarda hasilatın gələcək azalmasının istismara verilən kiçik həcmdə yeni yataqları kompensasiya etməsi nəticəsində neft istehsalında durğunluq davam edəcək.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti