...

Azərbaycanın ən iri kimya müəssisəsi tender elan edib

Energetika Materials 24 İyul 2008 15:12 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 iyul/ Trend / "Azərkimya" DŞ müəssisəsinin tərkibinə daxil olan "Etilen-polietilen" zavodu kompressor (I) və texnoloji prosesdə istifadə edilən borular (II) üçün ehtiyat hissələrinin alınmasına dair tender elan edib.

Şirkətin məlumatına görə, hər tenderdə iştirakın dəyəri 200 manat təşkil edir.

Tenderdə maraqlı olanlar öz təkliflərini 3 (I) - 4 (II) sentyabradək təqdim etməlidirlər.

Birinci tender üzrə zərflər sentyabrın 4-də, ikinci üzrə isə 5-də açılacaq.

Xəbər lenti

Xəbər lenti