Azərbaycan, Bakı, 24 iyul/ Trend / "Azneft" İstehsalat Birliyi 1300 ton sürtgü yağının alınmasına dair açıq tender elan edib.
İddiaçı qismində tenderin iştirakçıları iştirak barədə müraciəti və digər sənədləri avqustun 12-dək "Azneft"ə təqdim etməlidirlər.
Tender təklifləri təqdim edilənədək göndərənlər ixtisas yoxlaması prosedurundan keçməlidirlər. Yoxlama zamanı üstünlük aşağıdakı meyarlara veriləcək - göndərənin bacarığı, maliyyə imkanları, etibarlılığı, səlahiyyətliliyi, istehsalçının təcrübəsi və texniki imkanlar.
Tender təklifləri avqustun 20 - dək qəbul ediləcək və avqustun 21- də Bakı vaxtı ilə saat 11.00 - da "Azneft"in binasında açılacaq.