...

ARDNŞ dəniz yatağında iki yeni neft quyusu istifadəyə verib

Energetika Materials 8 Avqust 2008 18:52 (UTC +04:00)

Azərbaycan, Bakı, 08 avqust / Trend , müxbir E.İsmayılov/ Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) "Bayıl limanı" Dəniz Qazıma İşləri İdarəsi "Ələt-dəniz" yatağında iki neft istismar quyusunu istifadəyə verib. Bu barədə İdarədən bildiriblər.

İdarədən bildirildiyinə görə, quyulardan biri "Ələt-dəniz - 23" platformasında (Quyunun layihə dərinliyi 3650 metr təşkil edir), ikincisi isə, "Ələt-Dəniz - 60" platformasından (Quyunun layihə dərinliyi 3870 metr təşkil edir) qazılıb.

"Ələt-dəniz" yatağı 1986 - cı ildən istismar olunur. Yatağın fondunda 14 quyu var. ARDNŞ geoloqlarının qiymətləndirməsinə görə, yataqdan hasil edilən neft ehtiyatları 1,8 mln. ton təşkil edir.

Qazma idarəsi bu il 19 neft-qaz istismar quyusu qazımaq niyyətindədir. Bu quyulardan 13-nün bu il istifadəyə verilməsi planlaşdırılır. Quyuların ümumi həcmindən doqquzu "Günəşli", altısı "Neft Daşları", dördü isə, "Ələt-dəniz" yataqlarının payına düşür.

Bu il idarə tərəfindən 36 min metrdən çox qazma işinin aparılması planlaşdırılıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]

Xəbər lenti

Xəbər lenti