...

Gürcüstanın Qara dəniz Poti limanının işi iflic olub

Energetika Materials 19 Avqust 2008 15:07 (UTC +04:00)
Gürcüstanın Qara dəniz Poti limanının işi iflic olub

Azərbaycan, Bakı, 19 avqust/ Trend , müxbir E.İsmayılov/ Gürcüstanın Qara dəniz Poti limanının işi, limana rus hərbçilərinin yeridilməsi səbəbindən, iflic olub, - çərşənbə axşamı Trend -a telefonla limanın Marketinq və sərmayə şöbəsinin müdiri Zviad Çxartişvili deyib. Rusiya hərbçiləri limandakı vəziyyətə nəzarət edirlər. Bura humanitar yük yüklənmiş Amerika gəmisi gəlməlidir.

Bir müddət əvvəl Potinin işi Gürcüstandakı silahlı münaqişə nəticəsində rus təyyarələrinin limanı bombalaması səbəbindən dayandırılıb. Daha sonra limanın işi tamamilə bərpa edilib.

"Dünən axşam rus hərbçilərinin limana döyüş texnikası yeritməsi səbəbindən, liman indi işləmir. Limandan bütün işçiləri qovublar, iş dayanıb", - Çxartişvili bildirib.

"Hazırda limanda bütün 13 gəmi yanalmalarında gəmilər dayanıb. Limanın işi dayandırılıb və onların (rus ordusunun) Potidən nə vaxt çıxacağı məlum deyil", - Çxartişvili qeyd edib.

Gürcüstanın Qara dəniz sahillərində yerləşən Poti limanı müxtəlif tipli yüklərin, o cümlədən Azərbaycan ərazisindən keçməklə Xəzərin şərq sahillərindən neft məhsullarının göndərilməsi ilə məşğul olur. Neft terminalının gücü üç milyon tona çatır.

Xəbər lenti

Xəbər lenti